`Bu, mümkün deyil` - Sarkisyandan sərsəm açıqlama


04:16     02 Avqust 2016 sarkisyan4.jpg

“Dağlıq Qarabağ münaqişəsi yalnız bir tərəfin tələblərinə uyğun həll oluna bilməz”.



Femida.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə işğalçı Ermənistanın prezidenti Serj Sarkisyan ölkənin ictimai və siyasi xadimləri, qanunvericilik və icra hakimiyyəti orqanlarının nümayəndələri və erməni katalikosu ilə görüşündə bildirib.

“Birtərəfli güzəştlər Qarabağ münaqişəsinin həllində rol oynamayacaq. Bu, mümkün deyil. Dağlıq Qarabağ heç bir zaman Azərbaycanın tərkibində olmayacaq. Bu da qeyri-mümkündür”, - deyə Sarkisyan söyləyib.

Açar sözlər:

Oxunub: 11026